Ən son tədbirlər
“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası”
28/09/2026“Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsini...
23/08/2026Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər
11/07/2026ABŞ Konqresində Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş...
25/06/2026İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı tran...
03/06/2026
28/09/2026
“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası”
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Yüksək Həftədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu tədbir, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması məsələsinin BMT platformasında müzakirəyə çıxarıldığı ilk belə konfransdır. Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə, o cümlədən qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqibə məruz qalmış icmaları və diaspor təşkilatlarını təmsil edən şəxslər, eləcə də BMT ekspertləri iştirak etmişdir.
Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə azərbaycanlıların etnik təmizləməyə məruz qalmasını və onlara məxsus mədəni-dini irs nümunələrinə qarşı törədilmiş vandalizm aktlarını əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
Sonda konfrans iştirakçıları indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni və dini irs nümunələrinin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz olaraq aksiya keçirmiş, həmçinin məsələ üzrə xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul etmişlər.



