Ən son tədbirlər
“Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu”
21/05/2026Bakıda Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsinə həsr e...
01/05/2026Cenevrədə Hindistanın Zikhlərə qarşı transmilli təzyiqlərinə qarşı mü...
13/03/2026Bakıda Neokolonializm və Qlobal Bərabərsizlik adlı konfrans keçirilib.
20/02/2026Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muze...
18/02/2026
21/05/2026
WUF13 çərçivəsində BTQ-nin təşkilatçılığı “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Paytaxtımız Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 20 may 2026-cı il tarixində “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılmış Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalmışdır.
Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunmuşdur. Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri – gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak etmişdir.
Tədbirdə müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması müzakirə edilmiş, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi isə beynəlxalq həmrəyliyin real və effektiv platformalara çevrilməsinə töhfə vermişdir. Eyni zamanda, gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi, habelə bu problemlərə qarşı konkret və nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Müstəmləkə və neokolonial idarəetmə altında olmuş ərazilərdə urbanizasiya prosesləri ciddi struktur problemləri, sosial bərabərsizlik və infrastruktur çatışmazlıqları ilə müşayiət olunmuşdur. Kanakidə (Yeni Kaledoniya) Fransa tərəfindən həyata keçirilmiş miqrasiya siyasəti demoqrafik balansın dəyişməsinə səbəb olmuş, yerli kanak əhalisini azlıq vəziyyətinə salmış və onların şəhər mərkəzlərindən periferiyalara sıxışdırılması ilə nəticələnmişdir. Paralel olaraq, adaya köçürülmüş Avropa mənşəli əhalinin iqtisadi üstünlüyü sosial-iqtisadi bərabərsizliyin daha da dərinləşməsini gücləndirmişdir.
Boneyrada Niderlandın müstəmləkə siyasətinin davam edən təsirləri artan turizm və xarici investisiya təzyiqləri ilə birlikdə mənzil bazarında kəskin qiymət artımına səbəb olmuşdur. Bu proses yerli əhalinin əlçatan yaşayış imkanlarını ciddi şəkildə məhdudlaşdırmış, nəticə etibarilə sosial bərabərsizliyin daha da dərinləşməsinə gətirib çıxarmışdır.
Mayotda isə “Çido” siklonu nəticəsində infrastrukturun 90 faizdən çoxu sıradan çıxmış, 100 mindən artıq insan evsiz qalaraq məcburi köçkün vəziyyətinə düşmüşdür. Genişmiqyaslı humanitar fəlakət fonunda Fransa hakimiyyətinin gecikmiş və baş vermiş fəlakətə etinasız reaksiyası böhranın miqyasını daha da dərinləşdirmişdir.
Konfrans çərçivəsində keçirilmiş Qlobal Cənub Gənclər Platformasının birinci rəsmi iclasında platformanın gələcək fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur. Həmçinin Boneyr, Sen Martin, Seneqal və Misirin platformaya üzv qəbul edilməsi barədə qərar qəbul edilmiş, bununla da üzv ölkələrin sayı 20-yə çatmışdır. İclasda gənclərin beynəlxalq qərarqəbuletmə proseslərində iştirakının artırılması və birgə layihələrin həyata keçirilməsi platformanın əsas prioritetləri kimi müəyyən edilmişdir.