Ən son tədbirlər
Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər
25/07/2025İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar
03/06/2025Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər
13/05/2025Decolonization: Silent Revolution
15/04/2025Colonialism: The Eradication of National and Religious Identities
29/03/2025
05/12/2024
Bakıda Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib
6 dekabr 2024-cü il tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - Bir Ada, Bir Xalq, Bir Tale" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Sen Martin xalqının müstəmləkəçiliyə qarşı mübarizəsində fəal şəxslər, habelə azadlıq uğrunda mübarizə aparan təşkilatların rəhbərləri, deputatlar və QHT təmsilçiləri, hüquq müdafiəçiləri, parlament üzvləri, eləcə də dekolonizasiya üzrə tanınmış ekspertlər iştirak edib.
Sen Martin parlamentinin üzvü Franklin Meyers Fransa və Niderlandın müstəmləkəçilik irsindən xilas olmağının Sen Martin xalqının fundamental hüququ olduğunu bildirib. Meyers, bu kimi beynəlxalq tədbirlərin məsələnin dünya ictimaiyyətinin gündəmində qalması üçün vacib olduğunu vurğulayıb.
“One Saint Martin” Assosiasiyasının prezidenti Roda Arrindell "Sen Martində ikili müstəmləkəçilik irsi" mövzusunda təqdimat edib. O, müstəmləkəçiliyin adada sosial, iqtisadi və mədəni təsirlərini müzakirəyə çıxararaq, birliyə və müstəqilliyə çağırış edib.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva, çıxışında Sen Martin xalqının Fransa və Niderland arasında bağlanmış qeyri-qanuni müqavilənin nəticələrindən əziyyət çəkdiyini qeyd edib. O, xalqın vahid şəkildə öz müqəddəratını təyin etməyə çalışmasının vacibliyini vurğulayıb.
Konfrans çərçivəsində keçirilən “Bir adanın səsi” adlı debatda adanın təhsil, səhiyyə və sosial inkişaf sahələrindəki problemləri geniş müzakirə edilib. Debatın moderatoru, Sen Martin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejo iqtisadi müstəqilliyin və vahid cəmiyyət qurulmasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda Bakı Təşəbbüs Qrupu ilə “One Saint Martin” Assosiasiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Vahid Sen-Martin (One Saint Martin) Assosiasiyasının prezidenti Roda Arrindell imzalayıb. Bu sənəd təhsil, sosial və iqtisadi sahələrdə praktik əməkdaşlığı özündə əks etdirir.
Konfrans KİV nümayəndələrinin iştirakı ilə Mətbuat Konfransı ilə yekunlaşıb. Qonaqlar dekolonizasiya sahəsində göstərdiyi davamlı və güclü dəstəyə görə Azərbaycana minnətdarlıq ifadə ediblər.