Ən son tədbirlər
Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Bujival Razılaşmasından Sonra Də...
25/09/2025Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər
25/07/2025İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar
03/06/2025Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər
13/05/2025Decolonization: Silent Revolution
15/04/2025
25/09/2025
Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Bujival Razılaşmasından Sonra Dənizaşırı Ərazilər: Rekolonizasiya, yoxsa Dekolonizasiya?” adlı beynəlxalq konfrans təşkil edilib.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu York şəhərində yerləşən mənzil qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edib.
Konfransda Fransa tərəfindən “sabitlik və birgə gələcək” kimi təqdim edilən Bujival razılaşmasının əsl mahiyəti müzakirə edilib, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə edilib.
Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd etdiklərini geniş ictimaiyyətə açıqlayıblar.
Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması diqqət mərkəzində olub.
Konfransın sonunda birgə bəyanat qəbul edilib.
Tədbir bitdikdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçirilib.