Ən son tədbirlər
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkəçiliyi...
01/11/2025Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Bujival Razılaşmasından Sonra Də...
25/09/2025Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər
25/07/2025İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar
03/06/2025Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər
13/05/2025
01/11/2025
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkəçiliyi mövzusuna həsr edilmiş beynəlxalq konfrans keçirilib.
31 oktyabr 2025-ci il tarixində ölkəmizdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, eləcə də diplomatlar, rəsmi şəxslər, beynəlxalq hüquq üzrə mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər iştirak ediblər. Ümumilikdə konfransa 8 ölkədən nümayəndə heyətləri qatılıb.
Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi etnik bölünmə siyasəti, kütləvi qətllər, məcburi əmək və mədəni irsin talan edilməsi kimi vəhşiliklər, eləcə də bu siyasətin bu günə qədər davam edən sosial və iqtisadi fəsadları müzakirə edilib.
Tədbir çərçivəsində həmçinin Belçikanın müstəmləkəçilikdən sonrakı dövrdə həyata keçirdiyi neokolonial siyasətin nəticələri, keçmiş müstəmləkələrin təbii resurslarının bu gün də istismar olunması və kompensasiya tələblərinin beynəlxalq hüquqi müstəviyə daşınması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupu tərəfindən 2019-cu ildə hazırlanan hesabatda, Belçikanın müstəmləkə idarəçiliyi dövründə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, yerli əhalinin məcburi əməyə cəlb edildiyi və 20 000 qarışıq nigahdan olan uşağın (metis) zorla ailələrindən ayrılaraq assimilyasiya siyasətinə məruz qaldığı vurğulanıb. Hesabatda Belçikaya həqiqətlərin araşdırılması, arxivlərin açılması və təzminat ödənilməsi kimi tövsiyələr təqdim edilib.
Digər müstəmləkəçi dövlətlər kimi, Belçika da işğal və istismar etdiyi xalqlara qarşı misilsiz vəhşiliklər törədib, lakin uzun illər bu cinayətləri dünya ictimaiyyətindən gizlədə bilib.
Konfransın əsas məqsədi tarixi ədalətin bərpasına töhfə vermək, müstəmləkə cinayətlərinin beynəlxalq səviyyədə tanınmasını təşviq etmək və zərərçəkmiş xalqların səsinin qlobal auditoriyaya çatdırılmasını təmin etmək olub.








