02/10/2024

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib.03 oktyabr, 2024-cü il, Bakı, Azərbaycan

Dekolonizasiya üzrə mühüm dialoqların beynəlxalq platformasına çevirilmiş paytaxtımızda Bakı Təşəbbüs Qrupu tərəfindən “Fransanın Afrikada neokolonializm siyasətı” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Afrikanın 11 ölkəsindən, habelə Fransa tərəfindən işğal altında saxlanılan Qəmər Adaları İttifaqının Mayot adasından və Niderlandan siyasi xadimlər, diplomatlar, dekolonizasiya üzrə ekspertlər, hüquqşunaslar, xarici media nümayəndələri, QHT rəhbərləri və diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Bu, Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilik əleyhinə təşkil etdiyi sayca 16-cı, Afrikaya həsr olunmuş ilk beynəlxalq tədbirdir.

Bu gün konfrans iştirakçıları De-yure müstəqillik əldə etsələr də hazırda Fransız neokolonializm siyasətinin törətdiyi fəsadlar və Afrika ölkələrində həyata keçirilən fransız iqtisadi müstəmləkəçilik siyasəti haqqında dünya ictimaiyyətinə geniş məlumatlar çatdırıblar.

Ən çox oxunanlar