26/01/2025

Fransa rəsmilərinin Bakı Təşəbbüs Qrupuna qarşı səsləndirdiyi əsassız ittihamlara dair təşkilatın icraçı direktoru Abbas Abbasovun açıqlaması

Bildiyiniz kimi təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvar tarixlərində Kanakidə (Yeni Kaledoniya) Konqresi keçirilib. 

Fransa rəsmiləri koloniyaların dekolonizasiya prosesini Fransanın daxili işi adlandırır və bu xüsusda, Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edir. BTQ bu iddiaları qətiyyətlə rədd edir və pisləyir. Azərbaycan bayrağının Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun liderinə minnətdarlıq jestidir. 

Fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz və özünü demokratiyanın beşiyi adlandıran Fransada rəsmilər bunu yaxşı dərk edir. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və həmin ərazilərin bu hüququ adaların əsl sahibi olan xalqlara münasibətdə təcili tanınmalıdır. 

Harada olmasından asılı olmayaraq azadlıqlar ümumbəşəri dəyərdir və hamı tərəfindən hörmət edilməlidir. BTQ müstəmləkəçiliyə qarşı mübarizə aparan beynəlxalq QHT kimi öz mandatına uyğun olaraq dekolonizasiya prosesini əsas hədəfi elan edib və bu istiqamətdə qanuni fəaliyyətini davam etdirir. 

Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və BTQ ilə əməkdaşlığa dəvət edirik. Həmçinin, beynəlxalq təşkilatları və ictimaiyyəti bu işdə BTQ-ə dəstək olmağa çağırırıq. Koloniyaların müstəqil olmaq haqqıdır.

Bu həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilə bilər.

Ən çox oxunanlar