Ən son tədbirlər
Bakıda Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsinə həsr e...
01/05/2026Cenevrədə Hindistanın Zikhlərə qarşı transmilli təzyiqlərinə qarşı mü...
13/03/2026Bakıda Neokolonializm və Qlobal Bərabərsizlik adlı konfrans keçirilib.
20/02/2026Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muze...
18/02/2026Bakı şəhərində Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv s...
19/01/2026
23/02/2024
Türkiyənin İstanbul şəhərində “Dekolonizasiya: intibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçirilib
Fevralın 24-də Türkiyənin İstanbul şəhərində “Dekolonizasiya: intibahın oyanışı” adlı konfrans təşkil edilib.
Tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov, idarəetmə üzrə beynəlxalq müşavir və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin müstəqil eksperti Karlayl Korbin və Türkiyə hökumətinin nümayəndələri iştirak ediblər.
Konfrans “Kolonizasiyanın milli kimliyə təsirləri” mövzusuna həsr edilmiş panel müzakirələri ilə davam edib. Müzakirələr etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik, repressiya, siyasi tarix, sosial və iqtisadi çətinliklər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri və onların immiqrasiya, emiqrasiya və xaricdə yaşayanlar üçün nəticələri kimi mövzuları əhatə edib.
İkinci sessiyada intibah dövründə dekolonizasiya zamanı Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr müzakirə edilib. Sərhəd məsələləri, təhlükəsizlik və özünümüdafiə, milli resurslara sahiblik, beynəlxalq tanınma, vətəndaşlıq problemləri, qanunvericilik və iqtisadi islahatlar bu sessiyada müzakirə edilmiş əsas məsələlər olub.

