01/05/2026

Bakıda Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsinə həsr edilmiş Forum keçirilib

30 aprel – 1 may tarixlərində paytaxtımızda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçirilmişdir.

Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış ekspertlər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak etmişdir. Ümumilikdə 34 ölkədən 80-ə yaxın gənc forumda iştirak etmişdir. Eyni zamanda ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar da foruma qatılmışdır.

Forumun birinci günündə qonaqlar ölkəmizlə yaxından tanış olmuş, ADA Universiteti, ASAN Xidmət, DOST Agentliyi və Milli Məclisdə keçirilən görüşlərdə iştirak etmişlər. Bu görüşlər çərçivəsində onlar gənc liderlər və deputatlarla qarşılıqlı fikir mübadiləsi aparmışlar. Bununla yanaşı əcnəbi gənclərin iştirakı ilə debat müsabiqəsi keçirilmişdir. Müsabiqə zamanı iştirakçılar interaktiv şəkildə müzakirələr aparmış və fikir mübadiləsi həyata keçirmişlər.

Forumun ikinci günü açılış mərasimi gənc nümayəndələrin fləşmob çıxışı ilə başlamışdır. Bununla yanaşı BMT-nin Gənclər Ofisi tərəfindən verilən dəstək mesajı video müraciət vasitəsilə forum iştirakçılarına çatdırılmışdır. Həmçinin gənclər siyasi və sosial mövzulara, mövcud problemlərə dair çıxışlar və təqdimatlar etmişlər.

Daha sonra Prof. Murat Özkalelinin moderatorluğu ilə interaktiv sessiya həyata keçirilmişdir. Sessiya zamanı süni intellektin inkişafının beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahələrinə təsiri, BMT-nin dayanıqlı inkişaf məqsədləri barədə müzakirələr aparılmışdır.

Forumun sonunda Qlobal Cənub Gənclər Platformasının yaradılması haqqında qərar qəbul edilmişdir.

Ən çox oxunanlar