Ən son tədbirlər
Bakı şəhərində Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv s...
19/01/2026Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkəçiliyi...
01/11/2025Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Bujival Razılaşmasından Sonra Də...
25/09/2025Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər
25/07/2025İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar
03/06/2025
Geral Darmanin: « Azərbaycan Fransanın daxili işlərinə qarışır »
Reallıq:
Fransanın daxili işlər naziri Jeral Darmanin Azərbaycanın Fransanın daxili işlərinə qarışmaqda ittiham edən bəyanatları reallıqdan tamamilə uzaq, siyasi məqsədli və beynəlxalq hüququn prinsiplərinə ziddir. Əslində, Bakı Təşəbbüs Qrupu dövlət qurumu deyil, beynəlxalq vətəndaş cəmiyyəti platformasıdır. Onun məqsədi Fransanı hədəfə almaq deyil, bu gün də dünyanın bəzi yerlərində davam edən müstəmləkəçiliklə mübarizə aparan hərəkatlara beynəlxalq səs qazandırmaqdır.
Belə bir platformanı xarici müdaxilə aləti kimi təqdim etmək, daha çox öz keçmişi və müstəmləkəçi irsi ilə barışa bilməyən fransız siyasi dairələrinin narahatlığını əks etdirir. Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə artan gərginliyə görə məsuliyyəti Bakının və ya digər dövlətlərin üzərinə atmaq, sadəcə Parisin daxili siyasi uğursuzluqlarını gizlətmək cəhdidir. XXI əsrdə müstəmləkəçilik təcrübələrinin davam etdirilməsi beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir. Əgər Paris xarici müdaxilələrdən narahat olduğunu bildirirsə, bu müdaxilələrin ən ciddi forması elə Fransanın özünün dənizaşırı xalqların siyasi iradəsinə qarşı həyata keçirdiyi müdaxilədir.
Mənbə: