Ən son tədbirlər
Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər
25/07/2025İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar
03/06/2025Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər
13/05/2025Decolonization: Silent Revolution
15/04/2025Colonialism: The Eradication of National and Religious Identities
29/03/2025
24/02/2024
Dekolonizasiya: intibahın oyanışı
24 fevral 2024-cü ildə Türkiyənin İstanbul şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: intibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçirilib.
İki gün davam edən konfransa dünyanın 13 ölkəsi və dörd beynəlxalq təşkilatdan ümumilikdə 50 təmsilçi qatılıb. Konfrans iştirakçılarının böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizaşırı ərazilərindən – Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Fransız Qvianası, Martinika, Qvadelupa, Uollis və Futuna, Korsika, eləcə də Komor Adaları İttifaqından (Komor Adaları İttifaqının ərazisi olan Mayotta adası hələ də fransız işğalı altındadır) gələn şəxslər olub.
Beynəlxalq konfrans tarixi reallıqları yenidən formalaşdıraraq beynəlxalq münasibətlərdə yeni bir dövrün başlanmasına nail olmaq və Fransanın müstəmləkə siyasətinin təsirləri məsələlərinə toxunaraq dəyişikliklərə təşviq etmək üçün əlamətdar bağlanğıc olub. Bundan əlavə, bu tədbir Fransa “şərqşünaslığı”nın, onun müstəmləkəçilik və neokolonializm siyasətinin nəticələrinin müzakirə edilməsində və onların aradan qaldırılması istiqamətində atılan addımlarla bağlı fikir mübadiləsində mühüm rol oynayaraq adıçəkilən problemlərdən əziyyət çəkən ölkələrdəki insanların səslərinin qlobal ictimaiyyətə çatdırılmasına diqqət yetirib.
Panel sessiyaları
24 fevral 2024-cü ildə müxtəlif mövzularda müzakirələrin aparıldığı iki panel sessiyası keçirilib. Panellər dekolonizasiyanın əhəmiyyəti və problemlərin müxtəlif aspektləri haqqında maariflənməyə və fikir mübadiləsinə kömək edib.
“Kolonizasiyanın milli kimliyə təsirləri” mövzusunda keçirilən birinci panel etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik, repressiya, siyasi tarix, sosial və iqtisadi çətinliklər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri və onların immiqrasiya, emiqrasiya və xaricdə yaşayanlar üçün nəticələri kimi mövzuları əhatə edib.
İkinci panel sessiyasında “İntibah dövrünün dekolonizasiyası üçün Fransa hökuməti tərəfindən yaradılmış süni hüquqi maneələr” mövzusunda müzakirələr aparılıb.
Sərhəd məsələləri, təhlükəsizlik və özünümüdafiə, milli resurslara sahiblik, beynəlxalq tanınma, vətəndaşlıq problemləri, qanunvericilik və iqtisadi islahatlar bu sessiyada müzakirə edilmiş əsas məsələlər olub.
UNOPS-un təşkilatçılığı ilə “Stop TB Partnership” təşkilatının təqdimatı
Tədbir zamanı UNOPS-un təşkilatçılığı ilə “Stop TB Partnership” təşkilatı tərəfindən təqdimat keçirilib. İştirakçılara faydalı ideyalar verilməsi, dəstək göstərilməsi ilə yanaşı, əyani və peşəkar şəkildə də məlumatlar verilib. “Stop TB Partnership” təşkilatının nümayəndəsi müstəmləkəçilikdən əziyyət çəkən, səhiyyə sistemləri hələ də düzgün işləməyən, son dərəcə məhdud çıxışı olan və ağır yoxsulluq içində yaşayan insanların ölkələrindəki yoluxucu xəstəliklər və tibbi çatışmazlıqların həlli məsələlərinə də toxunub.
Fransa Prezidenti Emmanuel Makrona açıq məktub
İştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz əməllərini dayandırmağı tələb edərək və UNESCO-nun rəhbərliyi altında beynəlxalq ekspert qrupunun həmin bölgələrə göndərilməsinin vacibliyini vurğulayaraq bu ərazilərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı hesabat hazırlayıblar.
Konfrans iştirakçıları ətraf mühit, iqtisadiyyat, insan haqları və yerli xalqların hüquqları sahələrində vəziyyətin yerində öyrənilməsi məqsədilə ATƏT-in xüsusi missiyasının də müstəmləkə ölkələrinə göndərilməsini tələb etməyə çağırıblar.
Petisiyalar
Bundan əlavə, Fransa hökuməti tərəfindən keçmiş və hazırkı müstəmləkələrdən oğurlanaraq Fransaya aparılan 100.000-dən çox maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması üçün 2 onlayn petisiyanın başladıldığı da elan edilib.
Baş Assambleyanın iclası
Baş Assambleyanın ikinci sessiyası 25 fevral 2024-cü ildə İstanbulda keçirilib. İclasda nümayəndələr tərəfindən qaldırılan problemlər müzakirə edilib və müvafiq komitələr yaradılıb.
Baş Assambleya tərəfindən iki komitənin - Siyasi Məsələlər Komitəsi və
Maarifləndirmə və Tədqiqat Komitəsinin yaradılması təsdiqlənib.
Siyasi Məsələlər Komitəsi ictimai hərəkatlar və siyasi partiyaların liderləri və üzvləri
arasında geniş və hərtərəfli əməkdaşlıqları həyata keçirir. Siyasi məsələlər üzrə
cəmiyyətin daha geniş qrupları ilə əlaqələr qurmaq məqsədini daşıyır.
Maarifləndirmə və Tədqiqat Komitəsi isə fəaliyyətini davamlı inkişafa nail olmaq və cəmiyyətdəki problemli məsələlər barədə məlumatlılığı artırmaq üçün akademik tədqiqat səylərini gücləndirməyə yönəldib.