22/12/2023

Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər

22 dekabr 2023-cü idə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ), Bakı Təşəbbüs Qrupu (BTQ) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) birgə təşkilatçılığı ilə “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfrans müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında bəyannamənin 63-cü ildönümünə həsr olunub. Bu qlobal problemin həlli üçün platformanın yaradılması konfransın əsas məqsədi olub.

Kolonializm tarixinin ən yaddaqalan siması olan Fransanın hələ də 13 dənizaşırı ərazidə müstəmləkəçilik siyasətini davam etdirməsi, beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymaması və ikili standartlar nümayiş etdirərək beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozması pislənilib.

"Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövuzunda beynəlxalq konfrans. 6 iyul 2023-cü il, Bakı, Azərbaycan

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosu tərəfindən təşkil edilmiş tədbir Fransanın neokolonial siyasətinin aradan qaldırılması yollarına dair fikir mübadiləsi üçün platforma yaradıb.

BTQ-nin yaradılmasında əsas məqsəd xalqlar arasında qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərdə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirilməsinə və gücləndirilməsinə nail olmaqdır.

Tədbirin yekunlarına dair bəyanatda müstəmləkəçiliyin tamamilə aradan qaldırılması və bütün müstəmləkə edilmiş insanlar üçün muxtariyyət və azadlığın təşviq edilməsi vurğulanıb.

Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Ən çox oxunanlar