30/04/2024

Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri

22 sentyabr 2023-cü il tarixində ABŞ-nin Nyu-York şəhərində, 14 dekabr 2023-cü il tarixində isə BMT-nin İsveçrənin Cenevrə şəhərindəki baş qərargahında kolonializmə və onun müasir təzahürlərinə qarşı mübarizəyə yönəlmiş tədbirlərin davamı kimi bu kampaniya növbəti dəfə Avstriyanın Vyana şəhərindəki BMT ofisində keçirilib. 30 aprel 2024-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusuna həsr olunmuş beynəlxalq konfransda 20 ölkədən nümayəndələr mövzu üzrə müzakirələr aparmaq üçün bir araya gəliblər.

Konfransda Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkənlər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Uollis və Futuna, Korsika və Solomon Adası İttifaqının partiya və hərəkat liderləri, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak ediblər. Bundan əlavə, tədbirdə 25 ölkədən diplomatlar, o cümlədən BMT-nin Vyana Ofisinə akkreditə olunmuş 16 səfir iştirak ediblər.

Tədbirin əsas məqsədi müstəmləkəçi ölkənin məqsədyönlü mədəni assimilyasiya siyasətini tənqid etməklə ondan mümkün xilas yollarını araşdırmaq olub.

Ən çox oxunanlar