Ən son tədbirlər
“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası”
28/09/2026“Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsini...
23/08/2026Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər
11/07/2026ABŞ Konqresində Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş...
25/06/2026İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı tran...
03/06/2026
23/10/2026
Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyasının) futbolçuları Azərbaycanda!
22-30 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalında Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui) komandaları iştirak edəcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) bununla bağlı paylaşım edib.
“Sakit okeandan Azərbaycana - Futbol bizi birləşdirir!” başlıqlı paylaşımda hər iki ərazinin gənc futbolçularına uğurlar arzulanıb.
BTQ gənc idmançıların Azərbaycana səfərinin onlar üçün yeni dostluqlar qurmaq, unudulmaz təcrübələr qazanmaq, öz xalqlarının zəngin mədəniyyətini və ənənələrini dünyaya tanıtmaq baxımından əhəmiyyətli fürsət olacağına ümidvar olduğunu bildirib. Futbolun sadəcə idman növü deyil, gəncləri bir araya gətirən, müxtəlif mədəniyyətlər arasında körpülər yaradan və daha yaxşı gələcəyə ümid aşılayan vasitə olduğu vurğulanıb.