18/02/2026

Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muzeyin təqdimatı keçirilib.

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin rəsmi təqdimat mərasimi keçirilib və geniş ictimaiyyətə təqdim edilib.

Bakı Təşəbbüs Qrupu tərəfindən ərsəyə gətirilmiş Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platformadır. Təqdimat mərasimində müstəmləkəçilik irsi ilə bağlı elmi araşdırmalar aparan tədqiqatçılar, alimlər, habelə antropoloqlar iştirak ediblər. 

İngilis və fransız dillərində fəaliyyət göstərəcək Muzey müstəmləkəçiliyi və onun yeni təzahürlərini yalnız tarixi kontekstdə deyil, eyni zamanda onun hüquqi, iqtisadi, sosial, mədəni və ekoloji təsirlərini sistemli şəkildə əks etdirən rəqəmsal məlumat bazası kimi çıxış edir. Muzeyin yaradılmasının əsas məqsədi müstəmləkə sisteminin təsirləri ilə bağlı arxiv sənədlərini, foto və video materialları, eləcə də eksponatları, o cümlədən vizual materialları və kolonial irsi ictimaiyyətə interaktiv şəkildə təqdim etməkdir.

Virtual Muzey kolonial idarəçilik modellərini, o cümlədən müstəmləkəçi dövlətlərin assimilyasiya siyasəti, əsarətdən əziyyət çəkən xalqların adət-ənənələrinə və həyat tərzinə yönəlmiş müdaxilələri, onların mənəvi dəyərlərinin və ictimai-mədəni institutlarının sistemli şəkildə zəiflədilməsi, eləcə də yerli xalqların kimliklərinin və irsinin sıradan çıxarılmasına yönəlik addımları geniş formada izah edilir.

Muzeyin Beynəlxalq hüquq və siyasət bölməsində müstəmləkə dövründə yerli əhali üçün tətbiq edilmiş xüsusi inzibati-hüquqi statuslar, yerli xalqların mövqeyi nəzərə alınmadan qəbul edilmiş qanunlar və qərarlar, eyni zamanda kompensasiya mexanizmlərinin hüquqi əsasları barədə sistemləşdirilmiş məlumatlar təqdim edilir.

İqtisadi və ekoloji təsirlər bölməsində müstəmləkələrdə yerli əhaliyə məxsus torpaqların qanunsuz müsadirəsi, mədən və hasilat sənayesində müstəmləkəçilər tərəfindən məcburi əməyə cəlbetmə, cəza düşərgələri, ərazilərin və torpaqların qanunsuz istismarı, xüsusilə nüvə sınaqları və genişmiqyaslı sənaye fəaliyyəti nəticəsində ətraf mühitə və insan sağlamlığına dəyən zərərlər arxiv sənədləri və faktoloji materiallar əsasında təqdim olunur.

Muzeyin ekspozisiya hissəsində yerli xalqların zəngin mədəni irsləri təqdim olunur, ənənəvi sənətkarlıq nümunələri, milli geyim ornamentləri, musiqi ənənələri və mərasimlər təşkil etmək mədəniyyəti haqqında ətraflı təsviri materiallar yer alır. 

Virtual Muzeydə həmçinin müstəmləkə əleyhinə yaradılmış yerli müqavimət hərəkatları, müstəqillik uğrunda mübarizəsinin əsas mərhələləri və istiqamətləri diqqətə çatdırılır. Qətlə yetirilmiş və fiziki zorakılığa məruz qalmış, qanunsuz həbs edilmiş, məcburi köçürmə və məqsədyönlü miqrasiya siyasətinin qurbanı olmuş şəxslərin fərdi həyat hekayələri və insan taleləri ziyarətçilərə təqdim edilir.

Qeyd: Rəqəmsal Muzey müstəmləkəçilik sahəsində araşdırma aparan tarixçilər, politoloqlar, beynəlxalq hüquq üzrə mütəxəssislər və digər tədqiqatçılar üçün etibarlı məlumat mənbəyidir. Eyni zamanda, platforma ali təhsil müəssisələrinin müəllim və tələbələri, media nümayəndələri, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və analitik mərkəzlər üçün də istifadə oluna bilən açıq və etibarlı resurs kimi nəzərdə tutulmuşdur. Muzeyin yaradılması dekolonizasiya ilə bağlı qlobal müzakirələrə töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq dekolonizasiya gündəliyi ilə bağlı fəal və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. 

Ən çox oxunanlar